w.c.

m bax water-closet

vulnérable
wagon
OBASTAN VİKİ
W
W — latın hərfi.
C.C.
CC — Creative Commons. .cc — Kokos adalarının internet kodu. C.C. — anime. C. C. Catch — Alman ifaçısı və bəstəkarı. C. C. Catch Megamix '98 — Mahnılar toplusu.
C
C — Latın qrafikalı Azərbaycan əlifbasında 3-cü hərf. Azərbaycan dilində c hərfi cingiltili samit olaraq qəbul olunur, kar qarşılığı ç samitidir. Karbon elementi böyük c (C) hərfi ilə işarə olunur.
C++
C++ — C ailəsinə aid populyar dillərdən biri. C sintatksisinə tam uyğunluq göstərir. Eyni zamanda obyekt orientasiyalıdır və uzun illər bu sahədə üstünlük verilən dillərdən biri olmuşdur. Demək olar ki bütün platformlarda kompilyatorları mövcuddur. C kimi sürətli olduğu üçün real zamanlı proqramlaşdırma, oyun proqramlaşdırması v.s. də bu dilə üstünlük verilir. Eyni zamanda sistem proqramlaşdırmasında əsas dillərdən biridir. Mürəkkəb bir dil hesab olduğuna görə yeni nəsil C dilllərinin – Java və C# – meydana çıxmasındakı səbəblərdən biridir. C++ — da "cout cin" kimi giriş və çıxış əməliyyatları var. Həmçinin for və while kimi dövr operatorları mövcuddur.
C.C.Catch
C. C. Catch (alm. Caroline Catharina Müller‎; 31 iyul 1964, Oss, Şimali Brabant) – Alman ifaçısı və bəstəkarıdır. 1980-ci illərdə Diter Bolenlə əməkdaşlıq etmiş və bir çox mahnıları ilə Avropa ölkələrinin hit-paradlarında populyarlıq əldə etmişdir. == Gənclik illəri == Karolina Katarina Müller 31 iyul 1964-cü ildə Niderlandın Şimali Brabant ərazisinin Oss adlanan kiçik şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. Onun valideynləri müxtəlif ölkələrin vətəndaşları idi. Atası Yurgen alman əsilli və anası Korri isə holland əsilli idi. Ailə böhranı nəticəsində Karolina 14 yaşından müvəqqəti olaraq Niderlandda anası ilə yaşamışdır. Anası ailəni barışdırmaq məqsədilə 1979-cu ildə Almaniyanın Bünde adlanan kiçik şəhərinə köçürlər.Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi.
C.C. Catch
C. C. Catch (alm. Caroline Catharina Müller‎; 31 iyul 1964, Oss, Şimali Brabant) – Alman ifaçısı və bəstəkarıdır. 1980-ci illərdə Diter Bolenlə əməkdaşlıq etmiş və bir çox mahnıları ilə Avropa ölkələrinin hit-paradlarında populyarlıq əldə etmişdir. == Gənclik illəri == Karolina Katarina Müller 31 iyul 1964-cü ildə Niderlandın Şimali Brabant ərazisinin Oss adlanan kiçik şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. Onun valideynləri müxtəlif ölkələrin vətəndaşları idi. Atası Yurgen alman əsilli və anası Korri isə holland əsilli idi. Ailə böhranı nəticəsində Karolina 14 yaşından müvəqqəti olaraq Niderlandda anası ilə yaşamışdır. Anası ailəni barışdırmaq məqsədilə 1979-cu ildə Almaniyanın Bünde adlanan kiçik şəhərinə köçürlər.Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi.
C. C. Catch
C. C. Catch (alm. Caroline Catharina Müller‎; 31 iyul 1964, Oss, Şimali Brabant) – Alman ifaçısı və bəstəkarıdır. 1980-ci illərdə Diter Bolenlə əməkdaşlıq etmiş və bir çox mahnıları ilə Avropa ölkələrinin hit-paradlarında populyarlıq əldə etmişdir. == Gənclik illəri == Karolina Katarina Müller 31 iyul 1964-cü ildə Niderlandın Şimali Brabant ərazisinin Oss adlanan kiçik şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. Onun valideynləri müxtəlif ölkələrin vətəndaşları idi. Atası Yurgen alman əsilli və anası Korri isə holland əsilli idi. Ailə böhranı nəticəsində Karolina 14 yaşından müvəqqəti olaraq Niderlandda anası ilə yaşamışdır. Anası ailəni barışdırmaq məqsədilə 1979-cu ildə Almaniyanın Bünde adlanan kiçik şəhərinə köçürlər.Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi.
W-Trio
W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-ci illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər. == Qrupun üzvləri == === Röya Ayxan === Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.
W.Fitzg.
Vilyam Vinsent Fitzcerald (ing. William Vincent Fitzgerald; 21 iyul 1867 – 6 avqust 1929, Yeni Qvineya, Papua[d]) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Vinsent Fitzcerald toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 160-dan çox bitki növünü təsnif etmişdir. == Əsərləri == Fitzgerald, W.V. (1918). The botany of the Kimberleys, North-West Australia. 123 p. 1905a. Diary of expeditions to the Kimberley 1905-6. 1 vol. 1905b.
W (UNIX)
w - Unix-utilit, maşında işləyən istifadəçilər haqqında və onların prosesləri haqqında informasiyanı göstərir. Hər bir istifadəçi üçün aşağıdakı yazılar çıxarılır: Qeydiyyat adı, terminalın adı, kənar maşının adı, sistemdə qeydiyyat vaxtı, adi vaxt, JCPU, PCPU və onun prosesinin əmr sətri. JCPU vaxtı - terminala bağlanmış və bütün proseslərin getmə vaxtı. PCPU vaxtı - «what» sahəsində göstərilmiş prosesin işləmə müddəti. == Sintaksis == w - [-husV] [user] -h - başlığı göstərmir. -u - prosesin və CPU vaxtını təyin etdikdə istifadəçilərin adını nəzərə almır. -s - qısa format istifadə edir. Qeydiyyat tarixini, JSPU və PSPU vaxtını görsətmir. -V - versiya haqqında informasiya çıxarır. user - göstərilmiş istifadəçi haqda informasiya qaytarır.
W (dəqiqləşdirmə)
W — latın hərfi. W (UNIX) — istifadəçilər və onların prosesləri haqqında informasiya göstəricisi. Wi-Fi — Wi-Fi Allianceın ticarət markası.
W (teleserial)
W (Hangul: 더블유; RR: Deobeuryu), "W – İki Dünya Arasında" adıyla da bilinən 2016-cı il Cənubi Koreya televiziya serialıdır. Baş rollarda Lee Jong Suk və Han Hyo Joo oynadılar. == Süjet == Illustrator Oh Sung Mo 7 ildir məşhur və ticari cəhətdən uğurlu olan "W" veb-komiksini buraxır.Son fəslin yazılışı zamanı müəmmalı şəkildə yox olur. Otuz yaşında həkim işləyən qızı Oh Yeon Joo atasının ofisinə girərək monitorda "W" komiksinin əsas qəhramanı Kang Cholu qanlı vəziyyətdə olduğu səhnəni görür. Monitordan çıxan əl onu içəri çəkir. Bir binanın damında yaralı kişinin yanında idi. Peşakar bacarığına görə kişini xilas edə bilir. Birdən bu kişinin "W" komiksinin əsas qəhrəmanı, həmin Kang Cholun olduğunu anlayır. Hər dəfə gerçək dünya və komiks aləmi arasında yerini dəyişən Oh Yeon Joo getdikçə Kang Chol ilə olan münasibətində çox qarışır. Komiksdə baş verən hadisələr gerçək dünyaya təsir etməyə başlayır və yaxud, əksinə, gerçək dünyanın hadisələri komiks aləminə təsir edir.
C-3PO
C-3PO və ya Si-Tripio (ing. See-Threepio) — "Ulduz müharibələri" kosmik opera franşizasında humanoid robot personaj. Personaj film seriyasının orijinal trilogiyasında, prikvel trilogiyasında və sikvel trilogiyasında nümayiş olunmuşdur. Anakin Skayvalker tərəfindən yaradılmış C-3PO etiket qaydaları və adət-ənənələrə riayət, eləcə də tərcümədə kömək etmək üçün hazırlanmış protokol droididir və onun ən təbliğ olunan xüsusiyyəti "altı milyondan çox ünsiyyət formasında səlis danış"masıdır. Astromexaniki droid yoldaşı və dostu R2-D2 ilə birlikdə C-3PO filmlərin narrativ struktura komik relyef təmin edir. Entoni Deniels personajın nümayiş olunmadığı "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) filmi istisna olmaqla bu günə qədər yayımlanan on iki "Ulduz müharibələri" filminin on birində C-3PO-nu canlandırmışdır.Laqeyd təbiətinə baxmayaraq, C-3PO qalaktikanın tarixində mühüm rol oynamışdır. O, Şmi Skayvalker, Lars ailəsi, Padme Amidala, Beyl Orqana, Reymus Antilles, Lyuk Skayvalker, Cabba Hat və Leya Orqananın xidmətində olmuşdur. Əksər təsvirlərdə C-3PO-nun xarici görünüşü qızıl haşiyədən ibarətdir, lakin gümüşlə örtülənmiş sağ ayağı fərqlənir. C-3PO həmçinin həm kanon, həm də "Ulduz müharibələri: Əfsanələr" ardıcıllıq romanlarında, komikslərində və video oyunlarında tez-tez nümayiş edilmiş və eyni zamanda "Droidlər" animasiya teleserialının baş qəhrəmanı olmuşdur.
C-47
C-47 Göyqatarı, (Skytrain) 1935-ci ildən etibarən ABŞ tərəfindən istehsal edilən nəqliyyat təyyarəsi. == Xarici keçidlər == Türk Hava Qüvvətləri saytındaki C-47 səhifəsi Arxivləşdirilib 2006-04-28 at the Wayback Machine Vikianbarda Douglas C-47 Skytrain ilə əlaqəli mediafayllar var.
C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
C.Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) == Şərəfinə adlandırılmış taksonlar == (Caprifoliaceae) Abelia R.Br. == İstinadlar == == Ədəbiyyat == Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. == Xarici keçidlər == Dr. Clarke Abel bio and dwarf trees.
C.Moore
Çarlz Mur (ing. Charles Moore; 10 may 1820, Dandi – 30 aprel 1905, Sidney) — Böyük Britaniya (Şotlandiya) və Avstraliya botaniki. == Elmi fəaliyyəti == Çarlz Mur toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ferdinand Müller 19 bitki növünü Çarlz Murun şərəfinə adlandırmışdır.
C (dəqiqləşdirmə)
C — Latın qrafikalı Azərbaycan əlifbasında 3-cü hərf. C++ — C ailəsinə aid populyar dillərdən biri. C (proqramlaşdırma dili) — UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili. C Sharp — C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biri. Objective-C — yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dili.
C (hərf)
C — Latın qrafikalı Azərbaycan əlifbasında 3-cü hərf. Azərbaycan dilində c hərfi cingiltili samit olaraq qəbul olunur, kar qarşılığı ç samitidir. Karbon elementi böyük c (C) hərfi ilə işarə olunur.
C Sharp
C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biri. Sintaksis və platform olaraq ən çox Javaya yaxındır. Javadakı bir çox xüsusiyyət – sadəlik, tullantı avtomatik təmizləmə mexanizmi, virtual maşın (CLR) – bu dildə də mövcuddur. Yalnız C# 2.0 və 3.0 versiyaları dilə bəzi dinamik xüsusiyyətlər qazandırır. C# ən axırıncı versiyası 4.0 2010, Aprelin 12 çıxıb. Microsoft.Net(Visual Studio)-dən başqa Mono və DotGNU – kodu açıq olan C# kompilyatoru mövcüddur. Bu proqramlaşdırma dili Microsoft şirkəti tərəfindən Delphiyə rəqib olaraq hazırlanmışdır. Bu dil özünü tez bir zamanda tanıtdı və artıq demək olar ki ilk vaxtlarından Delphini sıxışdırmağa başladı. Obyektyönümlü proqramlaşdırma dilidir. Javanın bir çox xüsusiyyətlərini özündə saxlayır.Bu dilin versiyaları C# 6.0, C# 7.0, C# 7.1, C# 7.2, C# 7.3, C# 8.0 axırıncı versiyası isə dotnet 5.0 ilə C# 9.0-dur.
C shell
C shell (csh və ya inkişaf etdirilmiş versiyası tcsh) — Bill Joy tərəfindən Kaliforniya_Berkli_Universitetində oxuyarkən yaradılmış, Unix shelldir. C shell istifadəçi tərəfindən daxilən edilən komandları emal edir. C shell komandaları fayldan da oxuyub, icra edə bilir.
C vitamini
C vitamini və ya Askorbin turşusu — əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70–100 mq-dır. Ağbaş kələmdə 25–60, kartofda – 5–50, pomidorda – 20–40, limonda – 55, itburnu meyvəsində – 450 mq C vitamini vardır. Çatışmadıqda əsəb sistemi pozulur, yuxusuzluq və həddən artıq hissiyyat yaranır.Bundan başqa portağal, bibər, laym(yaşıl limon) da C vitamini qaynağıdır. == Xüsusiyyətləri == Fiziki xüsusiyyətlərinə görə, askorbin turşusu turş dadı olan ağ kristal tozdur. Alkoqolda və suda asanlıqla həll olur. Askorbin turşusunun ərimə nöqtəsi 190-192 °C-dir (parçalanma ilə).
Dev-C++
Dev-C++ — Bloodshed tərəfindən GNU lisenziyası altında yayınlanan C/C++ İDE-dir. Proqram Delphidə yazılıb və ən son versiyası "Dev-C++ 5.0 beta 9.2 (4.9.9.2)"-dir. Proqram əsasən Colin Laplace, Mike Berg, Hongli Lai,Mumit Khan, Jan Jaap van der Heidjen, Colin Hendrix və GNU koderləri tərfindən hazırlanır. Dev-C++ Windows 95/98/NT/2000/XP/7 əməliyyat sistemlərini dəstəkləyir. Bütün interfeysi Delphi programlaşdırma dili ilə inkişaf etdirilmiş və ilk çıxdığı zamanlarda çox məşhur olmuşdur. Layihəyə SourceForge ev sahibliyi edir. Əlavə kitabxanalar, şablonlar və alətlər daxili DevPaks paket paylama aləti ilə proqramlaşdırma mühitinə daxil edilə bilər. == Sistem tələbləri == Windows 95 və ya yüksək 32 MB RAM == DevPaks == Dev-C++ proqramının əlavə cəhəti onun DevPaks-dan istifadəsidir: əlavə kitabxanalar, şablonlar və yardım proqramları ilə proqramlaşdırma mühitində paketlənmiş genişləndirmələr.DevPaks çox vaxt GTK+, wxWidgets və FLTK kimi məşhur alət dəstləri də daxil olmaqla, GUI utilitlərini ehtiva edir, lakin bununla məhdudlaşmır.Digər DevPaklara daha təkmil funksiyalardan istifadə üçün kitabxanalar daxildir.Dev-C++ istifadəçiləri qrafika, sıxılma, animasiya, səs dəstəyi və sair kimi Dev-C++ proqramının əhatə dairəsini və funksionallığını artıran əlavə kitabxanaları və ya kod paketlərini endirə bilərlər.İstifadəçilər DevPaks yarada və onları saytda pulsuz yerləşdirə bilərlər.Həmçinin, onlar Dev-C++ ilə istifadə etməklə məhdudlaşmır - saytda deyilir: "Tipik devpak istənilən MinGW paylanması ilə (MinGW üçün hər hansı IDE ilə) işləyəcək". == İnkişaf statusu == 22 fevral 2005-ci il tarixindən etibarən layihə nəzərəçarpacaq dərəcədə aktiv deyildi, heç bir xəbər dərc edilmədi və yenilənmiş versiyalar buraxılmadı. 2006-cı ildə forum yazısında aparıcı tərtibatçı Kolin Laplas bildirdi ki, o, real həyatdakı məsələlərlə məşğuldur və Dev-C++-nın işlənib hazırlanmasını davam etdirməyə vaxtı yoxdur.2020-ci il forum yazısında Orwell-in aparıcı tərtibatçısı Johan Mes "bu layihə üzərində işləmək üçün yəqin ki, hələ də vaxtı olmayacaq" dedi.O vaxtdan bəri Dev-C++-ın üç forması var: wxDev-C++, Orwell versiyası və Embarcadero tərəfindən idarə olunan versiyası.
Hepatit C
Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanmaqda idi. == Ümumi məlumat == Hepatit C infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur.
Objective-C
Objective-C — yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dili olub, C dilinin üzərinə Smaltalk stilli xəbərləşmə (mesajlaşma) əlavə edilib. Apple şirkəti tərəfindən OS X və iOS əməliyyat sistemlərində və uyğun olaraq API lərində, Cocoa və Cocoa Touchda istifadə edilən əsas proqramlaşdırma dilidir.
ко́сточка миниатю́рность минта́й прилага́ть пы́лко пюре́ с похме́лья узина́ централизова́ть яре́мный абстра́ктность зада́ча льсти́вый не только..., но да́же пара́ша положе́ньице хруща́к цели́нница clarification credibility gap poetic justice зарождаться затруднительный кровля магарыч